Bank Of Baku

“Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə II Respublika müsabiqəsi elan edilib

“Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə II Respublika müsabiqəsi elan edilib
# 28 dekabr 2012 11:52 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə II Respublika müsabiqəsi elan edilib.

 

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə 2013-cü ilin aprel ayında Bakı şəhərində 2 yaş qrupu (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) üzrə keçiriləcək və 3 mərhələdə aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər gələn il martın 1-dək sənədləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər. Müsabiqənin keçirilməsinə məqsəd Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, Fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılmasıdır.

 

I yer üçün 700 manat və I dərəcəli Diplom, II yer – 500 manat və II dərəcəli Diplom, III yer – 300 manat və III dərəcəli Diplom, 3 həvəsləndirici mükafat – 100 manat nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR