Bakı. Aygül Rzayeva – APA. Martın 23-də Nizami Kino Mərkəzində “Gəlməyən bahar” türk filminin premyerası olacaq.
APA-nın məlumatına görə, premyerada filmin rejissoru Əmrahın, baş rollarının ifaçıları Beyza Şekerçi, Turqay Tanülkü və digər aktyorların da iştirakı nəzərdə tutulub.
Filmin nümayişindən sonra rejissorun və aktyorların iştirakı ilə mətbuat konfransı planlaşdırılır.
İstanbul, Ankara, Köln və Berlin şəhərlərində premyerası olan film qadın zorakılığı və əzablara məhkum olunmuş sevgidən bəhs edir.