Bank Of Baku

“Küləkli boyaların çərşənbəsi” adlı sərgi təşkil olunub - FOTOSESSİYA

“Küləkli boyaların çərşənbəsi” adlı sərgi təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2013 16:46 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Muzey Mərkəzində Azərbaycan rəssamların Novruz bayramına həsr olunmuş əsərlərindən ibarət "Küləkli boyaların çərşənbəsi" adlı sərgi təşkil olunub. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Novruz adət-ənənələrindən söz açıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.

 

Daha sonra çıxış edən xalq rəssamı Fərhad Xəlilov sərgidə nümayiş olunan əsərlərin bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı və üslub rəngarəngliyi ilə diqqət çəkdiyini vurğulayıb.

 

Sərgidə nümayiş olunan əsərlərdə  Novruz dəyərlərinin tərənnümünə, milliliyə geniş yer verilib.

 

Sərginin təşkilində əsas məqsəd rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək və Azərbaycan rəssamlarının yaradıcılıq dünyasını nümayiş etdirməkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR