Bakı. Ülkər Rəşidqızı – APA. “Oskar” heykəlciklərinin istehsalçısı olan R.S. Owens & Company öz personalının üçdə birindən çoxunu (95 nəfər) müvəqqəti işdən azad edib. APA-nın Rusiya KİV-nə istinadən yaydığı xəbərə görə, ümumilikdə şirkətdə 250 nəfər çalışır. Maliyyə çətinlikləri ilə üzləşən şirkətin Kanadanın St. Regis Crystal şirkəti tərəfindən alışı üzrə müqaviləsi dekabrın 17-də qüvvəyə minəcək. Şirkətin məlumatına görə, bu, “Oskar” və “Emmi” heykəlciklərinin istehsalına mane olmayacaq.
Qeyd edək ki, əvvəlcə “Oskar” mükafatı bürüncdən istehsal olunub. İndi isə şirkət mükafatı britaniumdan istehsal edir və 24-karatlı qızılla örtür. Heykəlcikləri hamısı əl ilə istehsal olunur və Amerika kinoakademiyası onları 500 – 700 ABŞ dollarına alır. Hər il Akademiya 50-65 yeni heykəlcik sifariş edir.