Bank Of Baku

“Qızıl Pəri” peşə mükafatı təsis olunub

“Qızıl Pəri” peşə mükafatı təsis olunub
# 10 iyul 2015 15:14 (UTC +04:00)

Bakı. Esmira Əliyeva – APA. Azərbaycan Professional Kinorejissorlar, Kinoaktyorlar və Prodüserlər Gildiyasının dəstəyi ilə “Qızıl Pəri” peşə mükafatı təsis olunub.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, kino və televiziyanın inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları həvəsləndirmək məqsədi ilə təsis edilən mükafat müsabiqə əsasında təqdim olunacaq.

 

Kinostudiyadan qeyd ediblər ki, müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından aslı olaraq müəyyənləşdiriləcək.  

 

“Qızıl Pəri” mükafatı ən yaxşı bədii film, telefilm, sənədli film, cizgi filmi və s. nominasiyalarda təqdim olunacaq.  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR