Bank Of Baku

“Toska” operasının tamaşasında Azərbaycan, Belarus və Ukrayna opera ulduzları birgə çıxış edəcək - FOTO

“Toska” operasının tamaşasında Azərbaycan, Belarus və Ukrayna opera ulduzları birgə çıxış edəcək  - <span style="color: red;">FOTO
# 14 dekabr 2012 15:14 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı – APA. Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya opera sənətinin ən populyar əsərlərindən biri olan C.Puççininin “Toska” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Azərbaycanın opera sənətçiləri ilə yanaşı əsas partiyalarda həm də Ukrayna və Belarusdan dəvət olunmuş opera sənətçiləri çıxış edəcəklər. Belə ki, Toska partiyasını Ukraynanın əməkdar artisti, vokalçıların P.Çaykovski adına beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko ifa edəcək. Yekaterina Straşenko bir müddət əvvəl teatrda “Payatsı” operasının tamaşasında ifa etdiyi Nedda partiyası ilə tanışdır. Tamaşada Skarpia rolunda Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov çıxış edəcək. V.Qromov bu ilin sentyabrında həmin partiyanı Parisdə Qrand Operanın səhnəsində uğurla ifa edib.

Kavaradossi rolunda isə uzun illərdən bəri İtaliyada, yaşayıb fəaliyyət göstərən azərbaycanlı, vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazov çıxış edəcək. Tamaşanın dirijoru xalq artisti, dövlət mükafatı laureatı, professor Rauf Abdullayevdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR