Bank Of Baku

«Gazelli Art House»da Ziqmund Freydin nəticəsinin «Ailə dəyərləri» sərgisi keçirilir - FOTOSESSİYA

«Gazelli Art House»da Ziqmund Freydin nəticəsinin «Ailə dəyərləri» sərgisi keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 11 yanvar 2013 12:12 (UTC +04:00)

 APA-nın məlumatına görə, xanım C.M.Freydin Bakıya səfərinin məqsədi xanım Mila Əsgərovanın rəhbərlik etdiyi və yeni açılan «Gazelli Art House»da «Ailə dəyərləri» adlı sərgisinin təşkili ilə bağlıdır.

 

Əvvəlcə mətbuat nümayəndələri C.M.Freydin sərgisi ilə tanış olub, daha sonra isə qeyri-formal ab-havada mətbuat konfransı keçirilib. Konfransda çıxış edən «Gazelli Art House»un təsisçisi və direktoru M.Əsgərova xanım Freydin Azərbaycanda görməkdən məmnunluq duyduğunu dilə gətirib. O bildirib ki, ötən ilin oktyabr ayında «Gazelli Art House» Bakıda amerikalı rəssamlar Aziz və Kuçerin sərgisi ilə fəaliyyətinə başlayıb. Qalereya ayrı-ayrı insanları incəsənəti dərk etməyə səsləyir, sərgilər, görüşlər, seminarlar və turlar vasitəsi ilə rəssamlar, yazıçılar, mütəxəssislər, tələbələr, eləcə də incəsənətdə ilk addımlarını atan insanlar arasında xüsusi görüşlər keçirməyə və əlaqələr yaratmağa çağırır.

 

C.M.Freyd Azərbaycana öz həyat yoldaşı ilə birgə gəldiyini və bu səfərdən razı qaldığını bildirib. Xanım Freyd eyni zamanda bildirib ki, Bakıda olduğu müddətdə onun seminarı da təşkil olunacaq. İxtisasca heykəltəraş olan C.M.Freyd 3-4 yaşından artıq özünü bu sənətdə tapdığını deyir: «Həmin yaşlarımda mən torpaqdan müxtəlif fiqurlar düzəltməyə başladım və artıq həmin illərdə dərk etdim ki, məhz heykəltəraş olmalıyam. Bu sənət mənə həyatın hər bir hissini bəxş edə bilir. Mənim yuxularım həyatıma sirayət edib və hətta ailə həyatı qurmaq üçün addım ata bilməyəndə məhz yuxuda gördükdən sonra bunu etdim. Gənc illərimdə hər zaman öz yolumla seçilməyə çalışmışam. Görüşlərdə belə Freyd soyadından istifadə etmirdim, çünki öz yolumu özüm açmaq istəyirdim. Dədəm mənim üçün hər zaman bir mələk, ilham pərisi, arxalandığım biri olub. Hər zaman iki nəfərin dəstəyini hiss edirəm – atam və dədəmin. Mənim üçün ailə bağları çox önəmlidir».

 

Qonaq heykəltəraş onu da bildirib ki, Bakı arxitekturası onu cəlb edib və o, şəhərdə bu qədər müasir tikililərin olduğunu öncədən zənn etməyib: «Səhər pəncərədən baxdıqda həyat yoldaşıma dedim ki, biz yenidən və daha rahat bir vaxtda buraya gəlməliyik. Şəhər məni özünə cəld edib. Tanıdığım yeganə azərbaycanlı Miladır və mən məhz onu tanıdıqdan sonra Azərbaycanın bütün insanlarını məhz onun simasında sevirəm. Londonda rəhbərlik etdiyi qalereyada da mənim sərgimi məhz Mila xanım təşkil edib. Bu gün də Bakıda onun sayəsindəyəm».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR