Bank Of Baku

«Muğam dünyası» III Beynəlxalq Muğam Festivalına hazırlıqlar davam edir

«Muğam dünyası» III Beynəlxalq Muğam Festivalına hazırlıqlar davam edir
# 01 mart 2013 08:45 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalına hazırlıqlar davam edir.

 

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə zəngin və rəngarəng proqramlar hazırlayır və festivalın konsepsiyasını müəyyənləşdirir.

 

Budəfəki festivalda bütün konsertlər muğam dəstgahları ilə açılacaq. Hər xanəndə öz tələbəsi ilə çıxış edəcək. Bundan başqa, ustad xanəndələr  Hacı Aqil Məlikov. Mələkxanım Eyyubova və gənc muğam ifaçıları 7 əsas muğamlarımızın müəyyən hissələrini bir ifada birləşdirib təqdim edəcəklər.

 

Qeyd edək ki, Kanada, Tunis, Rusiya, Çin, İran, Yaponiyalı mütəxəssislərin, o cümlədən Şərq musiqi elminin görkəmli alimləri fransalı Jan Dürinq, almaniyalı Yurgen Elsnerin də bu simpoziumda iştirakı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR