Bakı. Xanım Nağıyeva - APA. Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində "Müqayisəli Yaponiya - müasir yapon memarlığı: 1996-2006" adlı sərgisinin açılışı keçirilib.
APA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
Yaponiyanın memarlıq mədəniyyətini təsvir edən bu sərgi ilk dəfə Tokio Metropoliten Fotoşəkil Muzeyində açılıb və daha sonra Braziliya, İtaliya, Yunanıstan, ABŞ, İran və s. ölkələrdə 30-dan artıq sərgidə nümayiş olunub. Sərgidə X
Qeyd edək ki, sərgi bir ay müddətində davam edəcək.