Bakı. Ülkər Rəşidqızı – APA. “Nizami” Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı keçiriləcək. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş filmin rejissoru və baş operatoru Rafiq Quliyev, ssenari müəllifi Yusif Şeyxov, operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüser Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur. Həmin gün “Nizami” Kino Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgi təşkil edəcək. Filmin təqdimatı dekabrın 18-də baş tutacaq.