Bank Of Baku

"Qulyabani" adlı yeni komediya filmi çəkilib

"Qulyabani" adlı yeni komediya filmi çəkilib
# 19 yanvar 2018 11:10 (UTC +04:00)

Yeni komediya filmi lentə alınıb.

 

APA-nın məlumatına görə, “Qulyabani” adlanan ekran əsəri macəra komediyası janrında çəkilib. 

 

Filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır. Ekran əsərində Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.

 

Filmdə hadisələr tez-tez qulyabani peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanini lentə almaq üçün gələn türk jurnalistlə onun Azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

 

“Qulyabani” filmi fevralın 8-dən kinoteatrlarda nümayiş olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR