Bank Of Baku

Aktrisa Rəna Səlimova: “Bu gün Azərbaycan kino sahəsində səmimiyyət və hörmət yoxdur” - MÜSAHIBƏ - FOTO

Aktrisa Rəna Səlimova: “Bu gün Azərbaycan kino sahəsində səmimiyyət və hörmət yoxdur”   - <span style="color: red;">MÜSAHIBƏ - FOTO
# 21 yanvar 2013 07:42 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. “Sən niyə susursan?", "Cazibə qüvvəsi", "Mezozoy əhvalatı", "Alma almaya bənzər", "Şir evdən getdi", "Nəsimi" filmlərdə rol almış, uzun müddətdir hər kəsdən, Azərbaycan kinosundan uzaqlaşan aktrisa Rəna Səlimovanın APA-ya müsahibəsi

 

- Rəna xanım, uzun müddətdir görünmürsünüz. Hər kəsdən uzaqlaşmağınızın, yaradıcılıqla məşğul olmamağınızın səbəbi nədir?

- Bəli, uzun müddətdir hər kəsdən uzağam. Hər şey özü belə gətirir. Yaradıcılığa gəlincə, axı mənim heç bir səmimiyyət, hörmət olmayan bugünkü kinoda nə işim var? Bu gün Azərbaycanda kinonun vəziyyəti çox acınacaqlıdır. Nə zaman baxırsan, hamı rol üstündə dava edir.

 

- Hazırda filmə dəvət olunursunuzmu?

- Bir müddət əvvəl məni filmə çəkməyə söz vermişdilər və onda da məni aldatdılar. Nəyə görə özümü alçaldıb getməliyəm, yalvarmalıyam?!

 

- Hazırda nə işlə məşğulsunuz? Gəliriniz haradandır?

- Keçirilən tədbirlərə belə getmirəm. Evdən nadir hallarda çıxıram. İki övladım var, oğlum xaricdə yaşayır. Təqaüddəyəm, yeganə gəlirim budur. Mənə hətta fəxri ad belə verilməyib. Halbuki çəkildiyim filmlərin hər biri Qızıl Fonda daxildir.

 

- Siz fəxri ad gözləyirdiniz?

- Tələb etmirəm, amma düşünürəm ki, verməli idilər. Mən iki-üç baş rolda oynamışam, o filmlər də Qızıl Fonddadır. Onlar özləri məni yada salmalıdırlar, mən gedib nəyisə tələb etməməliyəm. Rəfiqələrimin evinə gedib gəlirəm, itim var, onu gəzintiyə çıxarıram. Qn təzyiqindən əziyyət çəkirəm. 

 

-  Sizi axtarmırlar, filmə dəvət olunmursunuz, bunlar Sizi çox incidir?

- Əlbəttə, kim olsa incidər. Bəli, küsmüşəm və bunu gizlətmirəm. Əslində televiziya kanallarına dəvət olunuram. Amma bu gün fərli rejissor və ya aparıcı yoxdur ki, məndən yaxşı bir şey soruşsun. Hamısı eyni şeylər soruşur, fərqlilik yoxdur.

 

- Hazırda filmə çəkilmək istəyərdiniz? Azərbaycan kinosunun mövcud vəziyyətini necə görürsünüz?

- Əlbəttə ki... Amma mən bu gün heç bir televiziya kanalında verilişlərə qatılmıram. Azərbaycan kinosu çox pis vəziyyətdədir. Rejissorlar yox dərəcəsindədir. Düşünürəm ki, Azərbaycanda bu sahədə böyük qıtlıq var. Kinoda bu gün heç bir şeyi başa düşə bilmirəm. Heç bir potensial görmürəm.

 

- Siz Həsən Seyidbəyli, Rasim Ocaqov kimi rejissorlarla çalışmısınız...

- Onlarla işləmək bir nağıl idi. Həqiqətən də bu, sözlə ifadə ediləsi hiss deyil. Mən Azərbaycanda bu gün belə rejissorlar tanımıram. Belə rejissorlar bir də olmayacaq.

 

- Kino üçün darıxmısınız?

- Çox darıxmışam. Depressiyadayam, çünki bizim dövrdəkilər gedir. Əvvəllər filmlər 9 aya çəkilirdi, indi 2 aya çəkilir. Aktyorların oyununu, çəkiliş səviyyəsini müşahidə edirəm və fərqi görürəm. Kino sahəsində çalışan bir neçə nəfərlə əlaqəm var. Ziya Seyidbəyli də hazırda mənim kimi depressiyadadır... Unuduluruq, bu çox ağırdır.  

 

- Heç bir ölkə tərəfindən filmə dəvət olunmursunuz?  

- Məni İrana dəvət etmişdilər, qəbul etmədim, çünki orada çarşabda gəzmək lazım idi və bu səbəbdən dəvətdən imtina etdim. Mən indi yalnız nənə roluna və ya buna bənzər hər hansı rola çəkilə bilərəm. Əgər pulum olsaydı, öz həyatımdan kino çəkərdim. Şeir yazıram, çoxsaylı şeirlərim var.

 

- Azərbaycan xalqına hansısa sözünüz varmı?

- Xalqım yaşasın və həyatı gözəl olsun. Mən bu gün keçmişimlə yaşayıram. Bu günümdən fərqli olaraq keçmişim olduqca zəngin və maraqlıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR