Bakı. Şamil Əlibəyli – APA. Dünya şöhrətli fransız aktyor Alen Delon Ermənistana səfər edib. APA-nın “Aysor” saytına istinadən verdiyi məlumata görə, aktyor “Yeni iliniz mübarək, analar!” adlı lirik komediyanın premyerasında iştirak edəcək.
Səfər zamanı A.Delon Ermənistan prezidenti Serj Sarkisyan və bütün ermənilərin katolikosu II Qareginlə də görüş keçirəcək.