Bank Of Baku

Almaniyalı mütəxəssislər Cənubi Qafqaz və Qara dəniz ölkələrindən olan kinematoqrafçılara məsləhətlər verəcək

Almaniyalı mütəxəssislər Cənubi Qafqaz və Qara dəniz ölkələrindən olan kinematoqrafçılara məsləhətlər verəcək
# 19 yanvar 2013 12:15 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Cənubi Qafqaz və Qara dəniz regionu ölkələri, habelə Bolqarıstandan olan gənc kinematoqrafçılar Almaniya kinoprodüserləri və kino xadimləri ilə görüşəcəklər. «Nərimanfilm» Kinostudiyasından APA-ya verilən məlumata görə, Robert Boş Stiftunq (Robert Bosch Stiftung) Şərqi Avropa və Almaniyadan olan gənc kinematoqrafçılara filmlərin istehsalı üçün 3 mükafat təsis edib. Mükafatlar 3 kateqoriyada - sənədli filmlər, cizgi filmləri və qısametrajlı filmlərə təqdim olunacaq.

 

Hər bir layihə üçün 70 min avro nəzərdə tutulub. Gənc kinematoqrafçılara rejissorluq, operator işi, ssenari yazılması işləri və s. üzrə qonşu ölkələrin yaradıcılıq üslubu və metodlarını öyrənmək imkanı veriləcək. Layihə Azərbaycan Kinematoqrafçılar İttifaqı və «Nərimanfilm» Kinostudiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.

 

Tədbir 3 gün ərzində, Beynəlxalq Sofiya Kinofestivalı keçirilən müddətdə baş tutacaq. Ən perspektiv layihələri ilə Qafqaz regionundan komandalar (tərkibi rejissor və prodüserdən ibarət olmaqla) Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Ukrayna və Bolqarıstana dəvət olunacaq. Qısametrajlı və sənədli filmlərin layihələrinin alman prodüserlərinə təqdimatı onların gələcəkdə inkişaf etdirilməsini və xarici mütəxəssislərdən məsləhət alınmasını da nəzərdə tutur.

 

Seminarın məqsədi gənc mütəxəssislərə birgə beynəlxalq istehsalın ilkin anlayışlarını təqdim etməkdir. Pitçinq seminarlar öz layihələrini alman mütəxəssislərinə və prodüserlərinə təyin olunmuş vaxtda, qısa şəkildə ifadə etməyi, təqdimat formalarını öyrədəcək və hazırlayacaq. Təcrübə yığmaq və məsləhət almaqdan başqa öz layihələrini inkişaf etdirmək imkanı da veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR