Bank Of Baku

Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının rəsmi açılışı keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqının IX Qurultayının rəsmi açılışı keçirilib
# 14 dekabr 2012 16:15 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Bəstyəkarlar İttifaqının IX Qurultayının açılışı keçirilib.

 

APA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ittifaqın son illərdəki məhsuldar fəaliyyətindən danışıb. Qurultayın işinə uğurlar diləyən nazir müavini bütün musiqi ictimaiyyətini böyük musiqi hadisəsi münasibətilə təbrik edib. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də çıxışında proqramın çox zəngin olduğunu xatırladıb və bu günlər ərzində musiqiçilərin həqiqətən də tədbirlərdən yararlanacağına inandığını qeyd edib.

 

Çıxışlardan sonra mərasim Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor F.Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər G.İmanova) iştirakı ilə konsert proqramı ilə davam etdirilib. Proqramda Üzeyir Hacıbəyli, Musa Mirzəyev, Nəriman Məmmədov, Firəngiz Əlizadə, Azər Dadaşov, Mobil Babayev, Rauf Əliyev, Cəlal Abbasov, Sərdar Fərəcov, Xədicə Zeynalovanın əsərləri ifa olunub.

 

Qurultay oktyabrın 18-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR