Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclası keçirilib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sərdar Fərəcov, Zemfira Qafarova, Cəlal Abbasov, Aliyə Məmmədova, Lalə Hüseynova qeyd olunan üzvləri yekdilliklə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər.
Qeyd edək ki, Sərdar Fərəcov - bəstəkar, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Zemfira Qafarova - musiqişünas, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Cəlal Abbasov – bəstəkar, əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın dosenti, Aliyə Məmmədova- bəstəkar, Bakı Musiqi Akademiyasının baş müəllimi, Lalə Hüseynova - musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
Xatırladaq ki, bu günlərdə Bəstəkarlar İttifaqında yeni sədr seçkiləri keçirilib. Xalq artisti Firəngiz Əlizadə növbəti beş il üçün yenidən sədr seçilib.