Bank Of Baku

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Puççininin “Toska” operasının nümayişi olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Puççininin “Toska” operasının nümayişi olub
# 24 dekabr 2012 13:04 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Puççininin “Toska” operasının nümayişi keçirilib. Teatrın mətuat xidmətindən APA-ya verilən məlumata görə, opera beynəlmiləl tərkibdə - Ukraynanın əməkdar artisti, vokalçıların P.Çaykovski adına müsabiqəsinin laureatı Yekaterina Straşenko (Toska),  Belarusun əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov (Skarpia) və vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazovun (Kavaradossi) ifasında səhnəyə qoyulub.

 

Tamaşa əvvəlcədən operasevərlərin böyük marağına səbəb olub. Belə ki, aparıcı partiyaların iştirakçıları – Yekaterina Straşenko Bakı tamaşaçılarına bir müddət əvvəl “Payatsı” operasının tamaşasında parlaq şəkildə ifa etdiyi Nedda rolu, Vladimir Qromov isə sentyabrda Parisdə Qrand-Operanın səhnəsində  Skarpia rolunda uğurlu çıxışı, həmyerlimiz Yusif Eyvazov isə İtaliyadakı məhsuldar fəaliyyəti ilə maraq doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR