Bank Of Baku

Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə bədii film üçün ssenari müsabiqəsi elan edilib

Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə bədii film üçün ssenari müsabiqəsi elan edilib
# 30 dekabr 2012 12:15 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə “Geniş baxış” tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edilib. APA-nın məlumatına görə, müsabiqənin keçirilməsində məqsəd yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundan asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək vermək, bu filmlərin geniş  tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək və bununla Azərbaycanda kino industriyanın inkişafına təkan verməkdir. Müasir dövrümüzdə kino sahəsində önəmli yer tutan «prodüser kinosu» anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. Həmçinin  xarici  kino təşkilatlarını, yerli  prodüser mərkəzləri ilə “co-production” layihələrinə cəlb etmək və birgə çəkilmiş filmlərin beynəlxalq kino məkanına çıxışını təmin etməkdir.  

 

Müsabiqənin nəticəsini Azərbaycan Prodüserlər Gildiyasının 14 təsisçi üzvü öz aralarında keçirəcəkləri gizli səsvermə yolu ilə müəyyən edəcək. Müsabiqənin qalibləri 2013-cü ilin may ayının 10-da açıqlanacaq. Səsvermə yolu ilə seçilmiş 2 ssenari istehsal üçün maliyyələşdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR