Bank Of Baku

Azərbaycanlı gənc vokalçı İtaliyanın Roma Opera Teatrında çıxış edir - FOTO

Azərbaycanlı gənc vokalçı İtaliyanın Roma Opera Teatrında çıxış edir - <span style="color: red;">FOTO
# 29 yanvar 2013 15:56 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Filarmoniyası Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və “Üns” yaradıcılıq səhnəsinin solisti, gənc vokalçı İlham Nəzərov dünyanın ən möhtəşəm opera səhnələrindən biri sayılan İtaliyanın Roma Opera Teatrında tamaşaya qoyulmuş dahi rus bəstəkarı Dmitri Şostakoviçin "Nos" operasında iştirak edir.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Nikolay Qoqolun eyniadlı povesti əsasında bəstələnmiş operaya tanınmış alman teatr rejissoru Peter Ştayn quruluş verib. Operada iştirak etmək üçün müxtəlif ölkələrdən 35 ifaçı dəvət olunub. Onlardan yalnız İlham Nəzərov Azərbaycan vokal məktəbini təmsil edir. Həmyerlimiz Roma şəhər Opera teatrının səhnəsində çıxış edən ilk azərbaycanlı opera ifaçısıdır.
 

Bu günlərdə operanın ilk premyerası olub, 3 fevral tarixinədək operanın 5 tamaşası nəzərdə tutulur. İlham Nəzərova operada olan rollardan dördünün ifası həvalə olunub. Bu, gənc vokalçının İtaliya opera səhnəsində ilk çıxışı deyil. Ötən il 38-ci “Della Valle D'İtria” festivalı çərçivəsində Martina Franka şəhərindəki C.Verdi adına teatrda tamaşaya qoyulmuş Luici Rossinin "Orfey" operasında İlham Nəzərov baş rolu uğurla ifa edib.

 

Qeyd edək ki, İlham Nəzərov Azərbaycan prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"na müvafiq olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Osimo D'Arte Lirica Akademiyasında təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR