Bakı. Məlahət Nəcəfova - APA. Bakıda keçirilən Çin Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “Əlvan fırçalarla boyanmış İpək Yolu” adlı sərgi təşkil olunub.
APA-nın məlumatına görə, tanınmış müasir Çin rəssamlarının əsərlərindən ibarət sərgi Azərbaycan və Çinin Mədəniyyət və Turizm Nazirliyi, Şansi əyalətinin Xalq Hökuməti tərəfindən təşkil olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər üzrə vəkili Çau Xuaysin və Şansi əyalətinin Xalq Hökumətinin rəsmisi iştirak edib. Tədbir zamanı qonaqlar çıxış edib, Azərbaycan və Çin arasında inkişaf edən əlaqələrdən danışıblar.
Daha sonra sərgiyə baxış keçirilib. Sonda qonaqlar xatirə dəftərinə ürək sözlərini yazıblar.