Bank Of Baku

Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçiriləcək - FOTOSESSİYA

Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçiriləcək - <span style="color: red;">FOTOSESSİYA
# 01 mart 2013 10:17 (UTC +04:00)

Bakı. Aygül Rzayeva-APA. Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçiriləcək.

 

APA-nın məlumatına görə, martın 9-dan 19-a qədər davam edəcək festivalda, beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub.
 

Festival çərçivəsində Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xoreoqraf, dünya şöhrətli ispan rəqqas Joaquin Cortesin iştirakı ilə konsert proqramı təşkil olunacaq.
 

Martın 18-də keçiriləcək konsertdə Joaquin Cortes özünün yeni “DİSEN DE Mİ” adlı möhtəşəm rəqs proqramını təqdim edəcək.
 

Konsertin biletləri yaxın günlərdə satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR