Bank Of Baku

Bakıda İran Kino Günləri keçirilir

Bakıda İran Kino Günləri keçirilir
# 06 fevral 2013 13:29 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda İran İslam İnqilabının 34-cü ildönümü münasibətilə Kino Günləri keçirilir. APA-nın məlumatına görə, bu münasibətlə İran Mədəniyyət Mərkəzində açılış mərasimi keçilib.

 

“İranın bu günü” adlı qısa videoçarxdan sonra çıxış edən mərkəzin direktoru İbrahim Nuri bildirib ki, İran və Azərbaycanın bir çox sahələrdə, o cümlədən mədəniyyət və kino sahəsində ortaq cəhətləri var. O qeyd edib ki, İran və Azərbaycanın birgə istehsalı olan filmlər çəkilib, lakin bunun sayı çox azdır. İ. Nuri deyib ki, hazırda İranda ildə 200-ə yaxın film, serial, sənədli film çəkilir və bu filmlərdə həyati mövzulara, əxlaqi dəyərlərə çox böyük önəm verilir.

 

Daha sonra çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin tələbəlik illərində rejissorluq, ssenaristlik və aktyorluq etdiyini söyləyərək bildirib ki, İran kinosunun tarixi 100 ilə yaxınlaşır. Onun sözlərinə görə, İran kino istehsalına görə dünyada 10-cu sıradadır və bu kinolarda əxlaqi dəyərlər hakimdir.

 

Tədbirdə Azərbaycandan ola kinorejissorlar, prodüsserlər İran filmi haqqında fikirlərini bölüşüblər.

 

Daha sonra İran istehsalı olan “Səhrada tufan” filminin nümayişi başlayıb.

 

İran Kino Günləri iki gün davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR