Bank Of Baku

Bülbülün həyat yoldaşı Bülbülün Memorial Muzeyinin direktoru vəzifəsindən azad edilib

Bülbülün həyat yoldaşı Bülbülün Memorial Muzeyinin direktoru vəzifəsindən azad edilib
# 12 fevral 2013 14:01 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan professional vokal sənətinin banisi, professor Bülbülün həyat yoldaşı, prezident təqaüdçüsü Adelaida Məmmədovanı qəbul edib.

 

APA-nın məlumatına görə, görüş zamanı Ə.Qarayev 90 illik yubileyi münasibətilə A.Məmmədovanı təbrik edib, ona cansağlığı arzulayıb.

 

Ə.Qarayev mədəniyyət sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətini, habelə anadan olmasının 90 illiyini nəzərə alaraq, öz xahişi ilə Bülbülün memorial muzeyinin direktoru vəzifəsindən azad edilən A.Məmmədovanı Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR