Bank Of Baku

Cənnət Səlimova Tehranda keçirilən beynəlxalq teatr festivalının münsiflər heyətində təmsil olunur

Cənnət Səlimova Tehranda keçirilən beynəlxalq teatr festivalının münsiflər heyətində təmsil olunur
# 21 yanvar 2013 13:04 (UTC +04:00)

Azərbaycandan festivalda “Qatarın altına atılan qadın” tamaşası iştirak edir

 

Bakı. Ülkər Qasımova – APA. Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində 31-ci Fəcr Beynəlxalq Teatr Festivalı işə başlayıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq 31-ci dəfə keçirilən Fəcr Beynəlxalq Teatr Festivalı dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir.

 

Dünyanın bütün məşhur teatr kollektivləri bu festivalda iştirak edirlər. Festivalda Azərbaycanın tanınmış yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış “Qatarın altına atılan qadın” tamaşası ilə təmsil olunur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin təqdim edəcəyi tamaşa yanvarın 23-də İran Milli Dram Teatrında nümayiş olunacaq. Mişel Leqranın musiqilərindən istifadə olunmuş tamaşaya Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib.

 
İki hissəli tragikomediyada əsas rolları əməkdar artistlər Cəfər Namiq Kamal (Xasay Dilgir), Kəmalə Hüseynova (Gültəkin Sarabskaya), Pərviz Bağırov (Nəzarətçi), Hicran Nəsirova (Tumsatan), Kazım Abdullayev (Rejissor), aktyorlar Rəşad Bəxtiyarov (Qəzetsatan), Elnar Qarayev (Dilənçi) və Şəhla Əliqızı (Rejissor köməkçisi) ifa edəcəklər. Tamaşada özünün bütün gəncliyini, ömrünü səhnəyə həsr etmiş bir aktrisanın həyatının artıq səhnədən uzaqlaşmış dövrü təsvir edilib.

 

Azərbaycanın xalq artisti Cənnət Səlimova 31-ci Fəcr Beynəlxalq teatr festivalında münsiflər heyətinin üzvü kimi iştirak edir.  Festival yanvarın 31-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR