Bakı. Aygül Rzayeva - APA. Martın 10-da saat 12.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bolqar yazarı Panço Pançevin eyniadlı əsəri əsasında hazırlanmış “Dörd əkizin nağılı” tamaşasının premyerası olacaq.
APA-nın məlumatına görə, Milli Teatr gününə həsr olunan tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, rəssamı Elşən Sərxanlıdır.
Əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Hüseynov, Kərəm Hadızadə və başqa aktyorlar canlandıracaqlar.