Bakı. Kəmalə Quliyeva - APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə “Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən daimi saxlanmaq məqsədilə 2330 saxlama vahidi fotosənəd daxil olub.
Milli Arxiv İdarəsindən APA-ya verilən xəbərə görə, fotosənədlər Azərbaycanın Milli Daşıyıcısı kimi “Azərbaycan Hava Yolları”nın Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında yeri, avialaynerlərin tərkibi, müasir hava gəmilərinin alınması, yeni aeroportların tikilməsi, infrastrukturların yaradılması, Milli Aviasiya Akademiyasının fəaliyyətini, yük və sərnişinlərin daşınmasını əks etdirir.
Hazırda Arxivdə fotosənədlərin məzmununun açıqlanması hazırlanır və Milli Arxiv Fonduna qəbulu sənədləşdirilir.