Bakı. Kəmalə Quliyeva - APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə Ədliyyə Nazirliyi tərəfindən 7 saxlama vahidi kinosənəd (video) daxil olub.
Milli Arxiv İdarəsindən APA-ya verilən xəbərə görə, kinosənədlər Ədliyyə Nazirliyinin tarixini, beynəlxalq əlaqələrini, məhkəmə quruluşunu, Pentensiar Xidmət, Ədliyyə Akademiyası və bələdiyyələrə metodiki xidmətin göstərilməsini əks etdirir.
Hazırda arxivdə kinosənədlərin məzmununun açıqlaması hazırlanır və milli arxiv fonduna qəbulu sənədləşdirilir.