Bank Of Baku

Əməkdar artist Nofəl Vəliyev Türkiyədə “Ən yaxşı rejissor işi” nominasiyasında mükafat alıb

Əməkdar artist Nofəl Vəliyev Türkiyədə “Ən yaxşı rejissor işi” nominasiyasında mükafat alıb
# 02 sentyabr 2015 12:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev Antaliya Böyükşəhər Bələdiyyə Teatrında Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı tamaşaya görə “Ən yaxşı rejissor işi” nominasiyası üzrə mükafat alıb.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Vəliyev avqustun 18-dən 23-dək Bursada “Teatr tətili” yay məktəbində iştirak edib.

 

Türkiyənin müxtəlif şəhərlərindən məşhur teatr mütəxəssislərinin iştirak etdiyi məktəbdə N. Vəliyev ustad dərsləri ilə çıxış edib.

 

2014-2015-ci illər teatr mövsümü ərzində İstanbulda nümayiş etdirilən tamaşaların yozumu və aktyor oyununu qiymətləndirən Türkiyənin “XV Direklerarası Seyirci Ödülləri” qurumunun qərarı ilə əməkdar artist daha iki nominasiya ilə də mükafatlandırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR