Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 10 sənədli filmin çəkilişləri başa çatıb. Bu barədə APA-ya nazirlikdən məlumat verilib. Məlumata görə, bundan əlavə studiyada Azərbaycanın məşhur neft sənayesi yenilikçisi Ağa Nemətullaya və görkəmli pianoçu, professor Fərhad Bədəlbəyliyə həsr olunmuş sənədli filmlər üzərində də işlər yekunlaşıb.