Bank Of Baku

Filarmoniyada “Dastan gecəsi” keçiriləcək

Filarmoniyada “Dastan gecəsi” keçiriləcək
# 23 yanvar 2013 10:40 (UTC +04:00)

Bakı. Ülkər Qasımova-APA. Yanvarın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə "Dastan gecəsi" keçiriləcək. APA-nın məlumatına görə, birliyin katibi Musa Nəbioğlunun verdiyi məlumata görə, gecədə tanınmış aşıqlar Gülarə Azaflı, Sərdar Məmmədli, Ağamurad Şirvanlı, Cahangir Quliyev, Ramin Qarayev, Hakim Azaflı, Qələndər Zeynalov, Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Dəmir Vəliyev, Təbriz Vəliyev, Sovqat İsmayılov, Bəhman Göyçəli, Nəbi Şınıxlı, Günel Tovuzlu və başqaları iştirak edəcək. Onların ifasında "Şah İsmayıl və Ərəbzəngi", "Aşıq Alı və Bəsti xanım", "Səlim şah", "Valeh və Zərnigar" və digər dastanlardan parçalar səsləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR