Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın xalq artisti, aktyor Fuad Poladov xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya aktyorun özü məlumat verib. Aktyor bildirib ki, cərrahiyyə əməliyyatına ehtiyac olmayıb, böyrəyindəki daş müalicə nəticəsində düşüb: “Özümü yaxşı hiss edirəm. Bu gün evə buraxıldım, ağrılarım kifayət qədər azalıb. Artıq gəzirəm, hər şey yaxşıdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Fuad Poladov kəskin böyrək ağrıları ilə paytaxtdakı özəl klinikalardan birində aparılıb. Bir neçə gün xəstəxanada müalicə olunan aktyor bu gün evə buraxılıb.