Bank Of Baku

Gələn il Azərbaycanda Hind film festivalı keçiriləcək

Gələn il Azərbaycanda Hind film festivalı keçiriləcək
# 27 dekabr 2017 13:51 (UTC +04:00)

Növbəti ilin ilk 2-3 ayı ərzində Azərbaycanda Hind film festivalı keçiriləcək.

 

APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib. 

 

Səfir bildirib ki, telejurnalist Namiq Qurbanın hazırladığı, bu gün təqdimatı keçirilən "Dharmendra - Məhəbbət Elçisi" adlı sənədli bioqrafik filmin hind dilinə tərcüməsi üzərində işlər aparılır və işlər yekunlaşdıqdan sonra keçiriləcək  təqdimat festivalın başlanğıcına zəmin yaradacaq.

 

Səfirin sözlərinə görə, festival çərçivəsində Hindistandan alınmış Azərbaycan dilinə keyfiyyətli tərcümə edilmiş hind filmləri nümayiş olunacaq: "Eyni zamanda Hindistanın  məşhur aktyorlarının da festivalda iştirakını təmin etmək üçün çalışacağıq".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR