Bank Of Baku

Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi qeyd ediləcək

Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyi qeyd ediləcək
# 09 yanvar 2013 10:05 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan peşəkar teatrının 140 illik yubileyinin təsadüf etdiyi 2013-cü ildə həm də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 85 ili tamam olur.

 

APA-nın məlumatına görə, teatrın bu əlamətdar yubileyi təntənəli mərasimlə qeyd ediləcək. Milli Teatr Günü (10 mart) və Beynəlxalq Teatr Günü (27 mart) ərəfəsində Gənc Tamaşaçılar Teatrının yeni yaradılmış "Çardaq" səhnəsində mono və eksperimental tamaşalar da nümayiş olunacaq.

 

Mövsüm ərzində mədəniyyət ocağı tərəfindən iki beynəlxalq layihənin reallaşdırılması və kollektivin bir neçə xarici ölkəyə qastrol səfəri də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR