Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı mayın 19-dan 22-dək Bakıda qastrol səfərində olacaq. APA-nın məlumatına görə, kollektiv Gənc Tamaşaçılar Teatrında L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.
Səfər çərçivəsində Gənc Tamaşaçılar Teatrı tərəfindən qonaqların muzeylər, teatrlar, Su İdman Kompleksi, İçərişəhər və Milli Parkla tanışlıqlarını təmin etmək üçün mədəni proqram da nəzərdə tutulub.