Bank Of Baku

"Hababam sınıfı"nın "Güdük Nəcmi"si vəfat edib

"Hababam sınıfı"nın "Güdük Nəcmi"si vəfat edib
# 31 mart 2017 15:08 (UTC +04:00)

Türkiyənin məşhur kinoaktyoru Xalid Akçatepe 79 yaşında vəfat edib.

 

APA-nın “Hürriyyət”ə istinadən verdiyi məlumata görə, aktyor bu gün İstanbulda dünyasını dəyişib.

 

Sənətçi bir müddət idi İstanbuldakı xəstəxanalardan birində müalicə alırdı.

 

 

Xalit Akçatepe 1 yanvar 1938-ci ildə İstanbulda anadan olub.

 

1975-ci ildə lentə alınan “Hababam sınıfı” filmindəki Güdük Nəcmi obrazı ona böyük şöhrət qazandırıb.

 

Kinoaktyor 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaradıb, üç filmin ssenari müəllifi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR