Bank Of Baku

Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək

Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək
# 16 may 2017 12:07 (UTC +04:00)

İyunun 4-də Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək. 

 

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə Azərbaycan, Rusiya (Dağıstan), Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və muasir rəqsləri izləyə biləcəklər.

 

Saat 16:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

 

Qeyd edək ki, “APA Holding” konsertin informasiya dəstəkçisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR