Bank Of Baku

Heydər Əliyev Sarayında "Ulduzların duetləri" adlı konsert proqramı təşkil olunub

Heydər Əliyev Sarayında "Ulduzların duetləri" adlı konsert proqramı təşkil olunub
# 23 noyabr 2017 13:35 (UTC +04:00)

Heydər Əliyev Sarayında "Ulduzların duetləri" adlı konsert proqramı təşkil olunub. APA-nın məlumatına görə, tanınmış müğənnilərin ifasında sevilən duetlər səslənən konsert Rəşad İlyasov və İlhamə Quliyevanın virtual duetləri ilə başlayıb. 

 

Konsertdə xalq artistləri Fidan Hacıyeva, Heydər Anatollu, əməkdar artistlər Zakir Əliyev, Almaz Orucova, Lalə Məmmədova, Cavanşir Məmmədov, Firuzə İbadova, Ehtiram Hüseynov, müğənnilər Rəşad İlyasov, Arzu Əliyeva, Fuad Musayev, Pərviz Qasımov, Gülnar Qüdrətli, Aynur İsgəndərli, Nicat Cəfərzadə, Nadir Qafarzadə, Nurlan Növrəsli, Ülkər Əliyeva, Babək Şuşalı və başqaları iştirak ediblər.

 

Konsertdə vaxtilə böyük sənətkarların ifasında səslənmiş, indi isə az müraciət edilən, unudulmuş duetlər musiqisevərlərə təqdim olunub.

 

Musiqi gecəsində müğənniləri Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “FM Ekspress” estrada qrupu müşayiət ediblər.

 

Qeyd edək ki, "APA Holding" konsertin informasiya dəstəkçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR