Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsertdə xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və “Sevil” qrupu iştirak edəcəklər.
Gecədə bəstəkarın “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” və s. sevilən mahnıları səsləndiriləcək.
Qeyd edək ki, Ramiz Mirişli 17 aprel 2015-ci ildə vəfat edib.