Bank Of Baku

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə müsabiqə tipli “Zirvələrə doğru” layihəsi keçiriləcək

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə müsabiqə tipli “Zirvələrə doğru” layihəsi keçiriləcək
# 31 yanvar 2013 09:32 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə “Zirvələrə doğru” adlı konsert – müsabiqə həyata keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə 16 yaşdan – 30 yaşadək olan gənclər – səsi, musiqi alətlərində ifaçılıq bacarığı, aktyorluq, bədii qiraət, orijinal janrda istedadı olanlar, kiçik xor kollektivləri və s. iştirak edə bilərlər. Müsabiqənin I seçim turu üçün müraciətlər fevralın 1-dən 20-dək qəbul olunacaq. Seçim turlarının sonunda müəyyən ediləcək tarixdə Heydər Əliyev Sarayında daha istedadlı iştirakçıların böyük konsert proqramı keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR