Bank Of Baku

İlahə Həsənova Türkiyədə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub

İlahə Həsənova Türkiyədə “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub
# 13 dekabr 2017 13:56 (UTC +04:00)

“Nar bağı” bədii filminin qadın rol ifaçısı İlahə Həsənova Türkiyədə keçirilən 5-ci Antalya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olub.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkəti tərəfindən birgə istehsal edilən “Nar bağı” filminin quruluşçu rejissoru İlqar Nəcəf, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

 

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

 

Qeyd edək ki, İlahə Həsənova 1987-ci ildə Ağsuda anadan olub. 2003-2007 ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatr aktyorluğu” fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında, 2010-2012-ci illərdə YUĞ teatrında çalışıb. 2010-cu ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisasıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR