Bank Of Baku

İstiqlal Muzeyində 20 Yanvara həsr olunan sərgi təşkil edilib

İstiqlal Muzeyində 20 Yanvara həsr olunan sərgi təşkil edilib
# 15 yanvar 2016 10:48 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan  İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin  26-cı ildönümünə həsr olunmuş “Vətən şəhidləri ilə ucalır” adlı sərgi təşkil olunub.

 

APA-nın məlumatına görə, sərgidə Vaqif Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş olunur. 20 Yanvar şəhidi İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı Elxan Allahverdiyev tərəfindən muzeyə təhvil verilib.

 

Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, muzeydə Azərbaycan tarixi ilə bağlı mütəmadi tədbirlər keçirilir, sərgilər təşkil edilir.

 

Tədbirdə İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev, 2 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Akif Süleymanov, 20 Yanvar faciəsinin şəhidi Fərizə Allahverdiyevanın anası Bağdaxanım Allahverdiyeva çıxış edib, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya və 20 Yanvar faciəsinə həsr olunmuş filmlər tamaşaçılara nümayiş olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR