Kinematoqrafçılar İttifaqı Rasim Ocaqovun adına təqaüd təsis edib

Kinematoqrafçılar İttifaqı Rasim Ocaqovun adına təqaüd təsis edib
# 14 fevral 2017 11:57 (UTC +04:00)

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı xalq artisti, Dövlət Mükafatı laureatı Rasim Ocaqovun adına təqaüd təsis edib.

Qurumun mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin APA-ya verdiyi məlumata görə, görkəmli kinorejissorun adına olan təqaüd Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və ən yaxşı oxuyan, istedadı ilə fərqlənən tələbəyə verilir. “Rasim Ocaqov” təqaüdünə xalq artisti Eldar Quliyevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kursunda təhsil alan Masər Həsənov layiq görülüb.

Tələbə I qrup əlildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR