Bank Of Baku

Kino günü münasibətilə “Şəhər motivləri” almanaxı təqdim ediləcək

Kino günü münasibətilə “Şəhər motivləri” almanaxı təqdim ediləcək
# 30 iyul 2015 13:52 (UTC +04:00)

Bakı. Esmira Əliyeva - APA. Azərbaycan Kinosu günü münasibətilə tədbir keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyulun 31-də Nizami Kino Mərkəzində keçiriləcək mərasimdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "4.1 Şəhər motivləri" adlı kinoalmanax təqdim ediləcək.

 

Kinoalmanax xaricdə təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir.

 

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan kino layihəsi əvvəlcə "Motivlər..." adı ilə lentə alınıb.

 

"4.1 şəhər motivləri" almanaxına "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "20-ci mərtəbə" (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi ev 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir.

 

Qeyd edək ki, almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.

 

Azərbaycanda Kino günü avqustun 2-də qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR