Bank Of Baku

Lənkəran teatrında “Ovod” tamaşasına ictimai baxış olub - FOTOSESSİYA

Lənkəran teatrında “Ovod” tamaşasına ictimai baxış olub - <span style="color: red;">FOTOSESSİYA
# 25 dekabr 2012 10:53 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında məşhur ingilis yazıçısı Etel Lilian Voyniçin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Ovod” tamaşasına ictimai baxış olub. APA-nın cənub bürosunun məlumatına görə, səhnə əsərinin quruluşçu rejissoru Tural Mustafayev, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Firudin Allahverdidir. Tamaşada əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev, aparıcı artistlər Sucəddin Mirzəyev, Aynur Əhmədova, Gülər Kərimova və Səyyad Əliyev ifa edirlər.                                                                                                                                          

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR