Bank Of Baku

Lənkəranda “Ölüm səsi” adlı qısametrajlı film təqdim edilib

Lənkəranda “Ölüm səsi” adlı qısametrajlı film təqdim edilib
# 12 yanvar 2017 02:57 (UTC +04:00)

Lənkəranda   Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun  dəstəyi  ilə “Ölüm səsi” qısametrajlı filmi təqdim edilib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, layihənin   əsas  məqsədi intihar  hallarının  qarşısını  almaq, gəncləri bu  kimi  cəhdlərə təhrik  edən  amilləri  aşkara   çıxarmaqdır.

 

Lənkəran Dövlət Dram teatrının rejissoru Tərlan Abdullayevin ərsəyə gətirdiyi film depressiyada olan  gənc  qadının  hər şeydən  ümidini  üzüb,  son  çıxış yolu  kimi intiharı  seçməsindən  bəhs  edir. Amma qadın bütün  bu hadisələrin  fonunda  intiharın  bir  addımlığından  dönür.

 

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimlinin rol aldığı filmin Masallı və Astara rayonlarında da təqdimatı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR