Bank Of Baku

Lənkəranda beynəlxalq muğam festivalı çərçivəsində uşaq kollektivlərinin konserti olub

Lənkəranda beynəlxalq muğam festivalı çərçivəsində uşaq kollektivlərinin konserti olub
# 12 mart 2013 12:04 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran şəhərində keçirilən “Muğam aləmi” III Beynəlxalq muğam festivalı çərçivəsində bu gün uşaq musiqi məktəbləri kollektivlərinin iştirakı ilə “Ustaddan şagirdə”  muğam məclisinin təqdimatı olub. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin qatıldığı tədbirdə  muğamlar, xalq mahnıları və təsniflər ifa olunub.

 

Qeyd edək ki, festival Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR