Bank Of Baku

Los-Ancelesdə 70-ci “Qızıl qlobus” mükafatı təqdim olunub

Los-Ancelesdə 70-ci “Qızıl qlobus” mükafatı təqdim olunub
# 14 yanvar 2013 09:24 (UTC +04:00)

 

APA-nın məlumatına görə, 1979-cu ildə Tehranda baş verən hadisələrdən bəhs edən “Arqo əməliyyatı” filmi ən yaxşı dramatik film nominasiyasında qalib elan edilib. Filmi çəkən Ben Afflek ən yaxşı rejissor nominasiyasında “Qızıl qlobus”a layiq görülüb.


Ən yaxşı xarici film nominasiyasında isə avstriyalı rejissor Mixael Xaneke tərəfindən çəkilən “Məhəbbət” filmi mükafat sahibi olub. Dramatik filmdə ən yaxşı aktyor Daniel Dey-Lyuis (“Linkoln” kinosu), ən yaxşı qadın aktrisası Cessika Çesteyn (“Nömrə bir nişan” kinosu), ən yaxşı ikinci plan aktyoru isə Kristof Valts olub (“Azad edilmiş Canqo”).


”Ən yaxşı komediya ya müzikl” nominasiyasında Tom Xuperin “Rədd olunmuşlar” müzikli “Qızıl qlobus”a yiyələnib. Bu film həmçinin “Komediya və müzikldə ən yaxşı aktyor” (Xyu Cekmen) və “Ən yaxşı ikinci plan aktrisası” adını (Enn Xetuey) qazanıb. “Komediya və müzikldə ən yaxşı aktrisa” nominasiyasında isə Cennifer Lourens (“Mənim istədiyim oğlan psixdir” kinosunda) seçilə bilib.


“Ən yaxşı musiqi” nominasiyasında “Pinin həyatı” filmi üçün musiqi yazan Maykl Denna, “Ən yaxşı mahnı” nominasiyasında Adele tərəfindən ifa olunan “Skyfall” mahnısı fərqlənib.


”Ən yaxşı animasiya filmi” nominasiyasında “Ürəkdən cəsur olan”, “Ən yaxşı ssenariyə” görə Kventin Tarantino qalib olub (“Azad edilmiş Canqo”). ”Ən yaxşı komediya və ya musiqili serial” nominasiyasında “Qızlar” serialı udub. Bu serialda çəkilən Lena Danem ən yaxşı aktrisa nominasiyasında “Qızıl Qlobus”a sahib çıxıb.


”Özününkülər arasında özgə” serialı “Ən yaxşı dramatik serial”, dramatik seriallarda çəkilən Kler Deyns ən yaxşı aktrisa, Damian Lyuis ən yaxşı aktyor nominasiyasında həmkarlarından seçilib. ”Ən yaxşı telefilm, yaxud mini-serial” nominasiyasında “Oyun dəyişilib” telefilmi qalib olub. Bu tipli kinolarda çəkilən Kevin Kostner ən yaxşı aktyor, Culiana Mur isə ən yaxşı aktrisa nominasiyasında mükafata layiq bilinib. Ən yaxşı ikinci plan aktrisa Meqqi Smit olub (“Daunton abbatlığı”). Aktrisa Codi Foster fəxri “Qızıl qlobus”a sahib çıxıb.


“Beverli Hilton” otelində keçirilən mərasimdə aparıcılar Tina Fey və Emi Poler olub. Mərasimdə həmçinin Arnold Şvartsneqer, Silvestr Stallone, Saşa Baron Koen, Bill Klinton, kiçik Robert Dauni, Culiya Roberts kimi məşhurlar da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR