Bank Of Baku

Məşhur aktyor Ömər Şərif vəfat edib - VİDEO

Məşhur aktyor Ömər Şərif vəfat edib - <span style="color: red;">VİDEO
# 10 iyul 2015 17:50 (UTC +04:00)

Bakı-APA. Məşhur Hollivud aktyoru Ömər Şərif 83 yaşında vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat yayıb.

 

Dünya şöhrətli aktyor son illər Altsqeymer xəstəliyindən əziyyət çəkirdi.

 

Ömər Şərif  (Mişel Demitri Şəlhub) 1932-ci il aprelin 10-da Misirdə doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962 -ci ildə "Oskar" mükafatının sahibi olub. 2002-ci ildə Misirə qayıdıb. “Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965),“Gülməli qızcığaz” (1968) və digər filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib.

 

2015-ci ildə aktyorun prodüseri onun Altsqeymer xəstəliyindən əziyyət çəkdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR