Bank Of Baku

Məşhur caz ifaçısı Çarlz Lloyd Bakıda konsert proqramı ilə çıxış edəcək

Məşhur caz ifaçısı Çarlz Lloyd Bakıda konsert proqramı ilə çıxış edəcək
# 05 oktyabr 2015 07:28 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Məşhur caz ifaçısı, caz musiqisinin əfsanəsi hesab olunan Çarlz Lloyd oktyabrın 30-da Bakıda konsert proqramı ilə çıxış edəcək.

 

Heydər Əliyev Sarayının mətbuat xidmətində APA-ya verilən məlumata görə, konsert proqramı oktyabrın 25–dən noyabrın 3-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən təşkil olunan Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində keçiriləcək.

 

Qeyd edək ki, Ç. Lloydun 1966-cı ildə “Monterey Jazz Festival”ı zamanı qeydə alınan albomu bir milyondan artıq tirajla satılıb.

 

İfaçı “Soyuq müharibə” dövründə Sovet İttifaqında çıxış edən ilk amerikalı musiqiçi olub.

 

Ç. Lloyd 2015-ci ildə “Jazz Masters” mükafatı ilə təltif edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR