Bank Of Baku

Məşhur ispan rəqqası Bakıda konsert proqramı ilə çıxış edib

Məşhur ispan rəqqası Bakıda konsert proqramı ilə çıxış edib
# 19 mart 2013 07:44 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Bakıda keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, dünya şöhrətli ispan rəqqası Xoakin Kortes konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, konsertdə X.Kortes dünya səhnələrindəki çıxışlarını, flamenqo rəqsinin nümunələrini tamaşaçılara təqdim edib.

 

Bakıda olmağından məmnunluğunu dilə gətirən X.Kortes ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd edib: “Bu konserti çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Mən sizi çox sevirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan çox məmnun qalacaqlar.”
 
İspan  rəqqası konsertdə fərqli alətlərdə ifa olunan özünün yeni “Disen De Mi” adlı rəqs proqramını da təqdim edib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR